AZ EN RU
+994 12 431-79-51 [email protected]

Sumqayıt Dövlət Universitetinin əməkdaşları İspaniyanın Alikante Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində təlimlərdə iştirak ediblər

Sumqayıt Dövlət Universitetinin əməkdaşları İspaniyanın Alikante Universitetində Erasmus+ EQAC layihəsi çərçivəsində təlimlərdə iştirak ediblər

Sumqayıt Dövlət Universitetinin (SDU) əməkdaşları Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Alikante Universitetində təlimdə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, iyunun 3-dən 7-dək davam edən təlimdə Təhsil Nazirliyinin, Azərbaycanın 11 universitetinin və Avropanın 4 universitetinin nümayəndələri təmsil olunublar.

Təlim universitetlərin Avropa standartlarına uyğun SWOT təhlilinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyət göstəriciləri, innovativ tədris-təlim və akkreditasiya mövzularına həsr edilib.

Sumqayıt Dövlət Universiteti tərəfindən təlimlərdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynura Yəhyayeva, proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov, beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Samirə Məmmədova və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının laborantı Nihad Hüseynov iştirak ediblər.

https://azertag.az/xeber/1291855

http://sabaha-inamla.az/reportaj/7878-sumqayit-dovlt-unverstetnn-mkdalari-spanyanin-alkante-unverstetnd-tlmlrd.html

http://www.dia.az/8/215490-erasmuseqac-layihesi-cherichivesinde-sdu-emekdashlari-alikante-universitetinde-telimlerde-ishtirak-edirler.html

http://heqiqet.az/index.php?newsid=19782

http://bizimxeber.az/erasmuseqac-layihesi-cericivesinde-sdu-emekdaslari-alikante-universitetinde-telimlerde-istirak-edirler/

http://tehsil-press.az/index.php?newsid=40081

https://www.muallim.edu.az/news.php?id=6077