AZ EN RU
+994 12 431-79-51 [email protected]

SDU nümayəndələri Litva Respublikasının Vilnus şəhərində Tətbiqi Sosial Elmlər Universitetində təşkil olunan təlimdə iştirak etmişdirlər

SDU nümayəndələri Litva Respublikasının Vilnus şəhərində Tətbiqi Sosial Elmlər Universitetində təşkil olunan təlimdə iştirak etmişdirlər
 
Noyabrın 17- dən 22-dək Litva Respublikasının Vilnus şəhərində Tətbiqi Sosial Elmlər Universitetində ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı Mərkəzlərinin yaradılması və inkişafı” mövzusunda təlim keçirilmişdir.
  Təlimin əsas məqsədi Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartların QPR sisteminə tətbiq etmək, Metrix, keyfiyyətli idarəetme sistemi və QPR design proses proqramı haqqında təlimlər keçmək, Avropa təcrübəsini öyrənmək olmuşdur. Təlimlər Avropalı təlimçiləri- Dr. Inqa Juknyte-Petreikiene, Dr. Alvydas Punis moderatorluğu ilə aparılmışdır. Sessiyalarda bir sıra mövzularda müzakirələr, qrup işləri və individual tapşırıqlar olmuşdur. Təlimdə eyni zamanda təcrübəni bölüşmək, Avropa məkanına tətbiq olunan standartları təhlil etmək də əsas faktorlardan idi. Təlimin dördüncü günündə isə universitetlər keyfiyyət təminatı sahəsində gördüyü işləri təqdim etdilər. Sonuncu gün Fishbone diaqramı mövzusunda seminar keçirilmişdir.
  Tədbirdə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, mütəxəssisləri, Sumqayıt Dövlət Universitetindən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri t.f.d.Samirə Məmmədova və Dünya İqtisadiyyatı və marketinq kafedrasının baş laborantı Nihad Hüseynov iştirak etmişdilər.
     Sonda tədbir qiymətləndirmə formalarının doldurulması ilə yekunlaşmışdır.