Azərbaycan Universitetlərində Keyfiyyət Təminatının təhlili və qiymətləndirilməsi
Layihə fəaliyyətinin başlanğıcı kimi, tərəfdaş universitetlərdə Keyfiyyət Təminatının cari vəziyyətini aydınlaşdırmaqla bağlı Azərbaycan tərəfdaş universitetlərinin idarəedici və akademik heyəti arasında sorğu aparılacaq. Həmçinin, universitetlərin maraqlı tərəfləri və müştərilər kimi tələbələrin məmnuniyyəti və gözləntilərini təhlil etmək üçün xüsusi sorğu hazılanacaq. Soğular aşağıdakı sahələri əhatə edəcəkdir:
- Keyfiyyət təminatı
- Keyfiyyəti artırma
- Keyfiyyət mədəniyyəti
- İnsan Resursunun idarə edilməsi/ tanınması
- Komanda işi ( işçinin iştirakı)
- Rəhbərliyin öhdəliyi və liderlik
- Tələbə yönümlü/ Tələbə iştirakı
- Heyətin inkişafı
- Müqayisəli qiymətləndirmə
- Gözləntilər
Hər bir tərəfdaş universitetdən sorğularda 30 inzibati və akademik heyət, 30 tələbə (təsadüfən seçilərək) iştirak edəcəkdir. Universitetlərin idarəetmə sistemi haqqında razılıq və narazılıqları müəyyənləşdirmək üçün həmçinin universitetlərdən 30 məzuna xüsusi hazırlanmış sorğu göndəriləcəkdir.
Tədqiqatın sağlam və etibarlı statistik təhlilini tələb edən məqsədlərini nəzərə alaraq məlumatların təhlili üçün SPSS proqramı tətbiq edilmişdir. Daha sonra sorğuların nəticələrinə əsasən, bütün Universitetlərdən seminardan əvvəl cari vəziyyətlə bağlı öz hesabatlarını hazılamaq tələb olunacaqdır.
İştirak edən universitetləri təmsil edən bütün layihə heyəti üçün tərəfdaş universitetlərin Keyfiyyətin İdarəetmə Sistemi mexanizminin nəzərdən keçirilməsi barəsində seminar təşkil olunacaqdır.
Bu iki günlük Seminar açılış mərasimindən əvvəl təşkil olunacaq və nəticələr Avropa Birliyi tərəfdaşlarına təqdim olunacaqdır.
Seminar ərzində hər bir tərəfdaş universitet cari Keyfiyyət İdarəetmə Sistemi üzrə SWOT analizini təqdim edəcək və Keyfiyyət İdarəetmə Sisteminin fəaliyyət mexanizminin əsas çatışmazlıqlarını müəyyənləşdirəcəkdir. Keyfiyyətin İdarəedilməsi Sisteminin yerinə yetirilməsi baxımından ehtiyac və boşluqlar haqqında geniş təhlildən sonra seminar ərzində müzakirə edilmiş problemlər və həll yollarının aydın şəkildə təsviri ilə ehtiyacların qiymətləndirilməsi və sorğu nəticələrini statistik şəkildə təhlil edən ümumi hesabat yazılacaqdır . Bu hesabat bütün layihə ərzində tərəfdaşlara yol göstərəcəkdir.
Ehtiyac və boşluqları nəzərə alaraq gələcək təlim və fəaliyyətləri diqqətlə hazırlamaq məqsədilə bu seminar və hesabat Avropa Birliyi tərəfdaş universitetlərinə Azərbaycanda Keyfiyyət Təminatı baxımından şərtlər və Azərbaycan tərəfdaşları haqqında məlumatlı olmaq üçün imkan yaradacaqdır.