AZ EN RU
+994 12 431-79-51 [email protected]

İlkin olaraq, layihənin bu mərhələsi Keyfiyyət Təminat Mərkəzini idarə edəcək heyətin potensialının yüksəldilməsinə yönəlir.

İlkin olaraq,  layihənin bu mərhələsi  Keyfiyyət Təminat  Mərkəzini idarə edəcək  heyətin potensialının yüksəldilməsinə yönəlir.

 

 

İlkin olaraq,  layihənin bu mərhələsi  Keyfiyyət Təminat  Mərkəzini idarə edəcək  heyətin potensialının yüksəldilməsinə yönəlir.

 

1) Hər bir yerli tərəfdaş, universitetin rektorları və Keyfiyyət Təminat  Mərkəzinin təyin edilmiş direktorları üçün Alicante universiteti tərəfindən  2 günlük məlumat sessiyası Bakıda təşkil ediləcəkdir.

Rektorların daxili Keyfiyyət Təminatı məsələsində rolu eləcə də, Universitetlerin məqsəd , vəzifə və strateji plan üzrə planlanmış ilkin fəalliyətləri ilə bağlı  öhdəçilikləri var. Bu səbəbdən, onlar öz Universitetlerində məhsuldarlıq və təşkilati struktur haqqında dolğun fikirə sahibidirlər. Əlavə olaraq, onlar Daxili Keyfiyyət Təminatında gələn qərar və siyasətləri birbaşa yerinə yetirən şəxslərdir. Bu səbəbdən, Onlar öz universitetlərində Daxili Keyfiyyət Təminatını dəstəkləyə bilən və ya həyata keçirməyə mane ola bilən daxili elecə də xarici faktorlar haqqında daha yaxşı anlayışa sahib olmalıdırlar. Həmçinin rəhbərlik Universitetdə Daxili Keyfiyyət Təminatının tətbiqi üçün ən təsirli və həlledici amillərdən biri hesab edilir. Beləliklə, onlar təşkilati keyfiyyətin yaxşılaşdırılması istiqamətinə yönəlmiş Daxili Keyfiyyət Təminatı sisteminin əsasını bilməli və strateji baxışa sahib olmalıdırlar.

Rektorlardan hərtərəfli dəstək almaq üçün qısa və uzunmüddətli hədəflər və həmçinin layihənin  nəticəsi koordinator universitet tərəfindən təqdim ediləcəkdir. İnanırıq ki, keyfiyyətli mədəniyyəti yaratmaq baxımından rektorların layihənin uzunmüddətli hədəfləri barədə yaxşı məlumatlandırılması hədəf qrupunun bütün səviyyələrini eyni istiqamətdə aparmağa kömək edəcəkdir və Universitetlərdə Keyfiyyət Təminatı  prosesini təşviq etmək üçün yuxarıdan aşağıya yönləndirmə və aşağıdan yuxarıya  öhdəliklər arasında bir tarazlıq olacaqdır.

2) Hər Azərbaycan universitetindən 2 inzibat (keyfiyyətə təminatı mərkəzinin heyəti), 3 idarəedici heyət (prorektorlara və fakültə dekanlarına üstünlük veriləcəkdir) qoşulmaqla ikinci təlim sessiyası   16 gün davam edəcəkdir. Təlim özünü qiymətləndirmə vasitəsi, digər təşkilatlarla müqayisə etmə yolu və ya bir bələdçi kimi inkişaf sahələrini müəyyənləşdirmək haqqında hərtərəfli bilik təmin edəcəkdir. Keyfiyyətin idarəedilməsi, sisteminin yerinə yetirilməsi universitetin güclü və zəif tərəfləri, eləcə də müəssisənin fəaliyyəti haqqında ümumi fikir əldə etməyə imkan verəcəkdir, bu da öz növbəsində çatışmazlıqları müəyyən etməyə və  bununla da təşkilati prosessləri yaxşlaşdırmağa imkan verir. Təşkilatın nəticələrini yaxşılaşdırmaq üçün özünü qiymətləndirmə  və davamlı inkişafa  sistemli və dayanıqlı bir şəkildə yanaşmaq lazımdır. Keyfiyyətə nəzarətin yerinə yetirilməsində  bütün təşkilat heyətinin cəlb edilməsi zəruridir. Bu, işçilərin keyfiyyətin əhəmiyyəti barədə məlumatlılığını artırmağa, keyfiyyətlə əlaqəli məsələləri başa düşməyə və məlumatlılığı yüksəltməyə, təşkilatın nəticələrini yaxşılaşdırmağa, özünü qiymətləndirmənin vacibliyini başa düşməyə imkanı verir. Həmçinin  tətbiq etmə  prosesində iştirak, təşkilat daxilində  təşkilati öyrənməni inkişaf  etdirməyə, təşkilata güclü tərəfləri və inkişaf sahələri haqqında rəy verməyə  kömək edir.

Təlimlər əhatə edəcək:

-Keyfiyyətin idarəedilməsi sisteminin tətbiqinin  layihə təqdimatı

-Təhsil müəssisələri üçün tələblər

-Proses idarəetmə yanaşması

-Daxili auditor təlimi

-Keyfiyyəti təkmilləşdirmə vasitələri

- Keyfiyyət idarəetmə ofisinin təşkili