AZ EN RU
+994 12 431-79-51 [email protected]

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ERASMUS+EQAC LAYİHƏSİNİN LONDON TƏLİMLƏRİNDƏ

SUMQAYIT DÖVLƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ERASMUS+EQAC LAYİHƏSİNİN LONDON TƏLİMLƏRİNDƏ
Sumqayıt Dövlət Universitetinin tərəfdaş olduğu Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi (ERASMUS+EQAC ) beynəlxalq layihəsinin növbəti tədbiri fevralın 11-dən 15-dək Birləşmiş Krallığın paytaxtı Londonda keçirildi. Londonun Middlesex (Middlesax) Universitetində baş tutan təlimdə 11 yerli universitetlə yanaşı, xarici partnyorlar: Middlesex Universitetindən Corc Dafoulas, İspaniyanın Alikante Universitetindən Denise Galvin, Litva Tətbiqi Sosial Elmlər Universitetindən Inqa Juknyte-Petreikiene və İsveçin Kral Texnologiyalar Universitetindən professor Viktor iştirak etdilər.
Beynəlxalq layihə çərçivəsində keçirilən təlimdə “Təhsilin keyfiyyət təminatında maraqlı tərəflərin təhlili”, “Milli kvalifikasiya çərçivəsində praktiki qiymətləndirmə və təhsildə təlim nəticələri ilə bacarıqların əlaqələndirilməsi” mövzularında mühazirələr söylənildi, təlim iştirakşıları ilə birgə bu mövzularda seminarlar keçirildi. 5 gün davam edən təlimlərdə ali təhsil məkanında Keyfiyyət Təminatı Mərkəzinin mükəmməl strukturunun yaradılmasında Avropa Ali Təhsil Məkanın təcrübəsinin təfərrüatları müzakirə olundu. Təlim iştirakçıları Midlsaks Universitetinin professorlarının dərslərini izləmək imkanı əldə etdilər. Təlimlərlə paralel menecerlərin görüşü keçirildi. Görüşdə sənədlərin, hesabatların vaxtında koordinatora təqdim edilməsi, məlumat günlərinin, eləcə də xaricdə qazanılan bilik və təcrübələrin bölüşülməsi üçün universitetlərdə təlimlərin davam etdirilməsi və iş planları müzakirə edildi, tarixlər müəyyənləşdirildi.
Sözügedən təlimdə universitetimizi Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.f.d. Samirə Məmmədova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının 0,5 ştat laborantı Nihad Hüseynov və Keyfiyyətə nəzarət və qiymətləndirmə bölməsinin operatoru Sədaqət Fətullayeva təmsil etdilər. Tədbirin sonunda Azərbaycan Respublikasının Londonda fəaliyyət göstərən Fövqəladə və səlahiyyətli səfirin Birinci katibi H. Həsənovun iştirakı ilə sertifikatların təqdimetmə mərasimi keçirildi.