AZ EN RU
+994 12 431-79-51 [email protected]

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Böyük Britaniyanın Middlesex Universitetin də keçirlən beynəlxalq təlimdə.

Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Böyük Britaniyanın Middlesex Universitetin də keçirlən beynəlxalq təlimdə.

Bakı Biznes Universitetinin koordinatoru və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaş olduğu “EQAC –Erasmus Plus” layihəsi üzrə növbəti təlim- tədbir Böyük Britaniyanın London şəhərində yerləşən Middlesex Universitetində keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Turizm və Menecment Universitetini layihə meneceri, dosent Flora Ələsgərova, rektor müşaviri Elvin Yusifli, “Akkreditasiya və Keyfiyyət təminatı” şöbəsinin bölmə rəhbəri Simnar Mamedov və layihə mütəxəssisi Samir Məhərrrəmov təmsil ediblər.

Təlimi giriş sözü ilə açan Middlesex Universiterinn programlar üzrə direktoru George Dafoulas universtetdəki diqqətçəkən yeniliklərdən,həmçinin layihənin icrasını şərtləndirən məqsəd və vəzifələrdən ətraflı bəhs edib.Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun formalaşdırılmasını başlıca hədəflərdən biri kimi dəyərləndirib. Middlesex Universitetinin keyfiyyətə nəzarət bölməsində yaradılan idarəetmə sistemi təlim iştirakçıları tərəfindən maraqla qarşılanıb və praktik tapşırıqlar çərçivəsində detallı müzakirəyə səbəb olub. ATMU-nun layihə meneceri F.Ələsgərova bildirib ki, Avropa ölkələrinin çoxsaylı tərəfdaş universitet nümayəndələrinin azərbaycanlı təlim iştirakçıları ilə apardıqları fikir mübadiləsi konkret vəzifələrin icrasına təkan verəcək.

Beynəlxalq təlimin sonunda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin 1-ci katibi Hüseyn Hüseynov və Middlesex Universitetinin səlahiyyətli təmsilçisi Tim Blackman iştirakçılara sertifikatlar təqdim ediblər.